“Vəsaitin ayrılması ya bütün 27 müttəfiq dövlətin razılığı əsasında, ya da başqa mexanizm əsasında aparılacaq”
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri gələn həftə Kiyevə 50 milyard avro məbləğində yardımın ayrılması barədə razılığa gələ bilərlər. AYNA “Bloomberg”ə istinadən bildirir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviç bildirib.
Agentliyin məlumatına görə, Latviya Prezidenti vəsaitin ayrılmasının ya bütün 27 müttəfiq dövlətin razılığı əsasında, ya da başqa mexanizm əsasında aparılacağını bildirib.
Rinkeviç Ukraynanın bu pulu almalı olduğunu qeyd edib, həmçinin Aİ ölkələri ilə kompromis əldə edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, vəsait hissə-hissə ayrıla bilər.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq bu yaxınlarda Ukraynaya ümumilikdə 1,2 milyard dollar dəyərində mərmi göndəriləcəyini vəd edib.