Gələn həftə ABŞ-Rusiya-Ukrayna danışıqları keçiriləcək

Dünya

13.02.2026 - 22:48

Kreml ABŞ və Ukrayna ilə danışıqların vaxtı ilə bağlı razılığa gəlindiyini açıqlayıb

Gələn həftə ABŞ və Ukrayna ilə yeni danışıqlar raundunun keçirilməsi barədə razılığa gəlinib. AYNA.AZ xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Razılaşma var ki, bu, həqiqətən də gələn həftə baş tutacaq. Yer və dəqiq tarixlər barədə sizə məlumat verəcəyik. Amma həqiqətən də, bu, gələn həftə olacaq", - deyə Kremlin sözçüsü jurnalistlərə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş