Gələn ay 4 gün ardıcıl iş olmayacaq

Cəmiyyət

18.10.2022 - 18:55

Həkimlər Klinikalar SEO Xidməti

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Azərbaycanda gələn ay 4 gün ardıcıl iş olmayacaq. AYNA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.

Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən, qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət