“Böyük yeddilik” Rusiyanın qisas almasından çəkinir
“Böyük yeddilik” (G7) ölkələri dondurulmuş Rusiya aktivlərinin tam müsadirəsini rədd edib. AYNA xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
“Ukraynanın Rusiyanın aktivlərinin tam müsadirə edilməsində israrını davam etdirməsinə baxmayaraq, G7 nümayəndələri özəl olaraq bu məsələnin artıq müzakirə olunmadığını deyirlər”, - nəşr qeyd edib.
“Financial Times” iddia edir ki, G7 ölkələri Rusiyanın qisas alacağından çəkinir.
Əvvəllər bildirilirdi ki, Rusiya ABŞ-dakı aktivlərinə həbs qoyulacağı təqdirdə xarici investorların maliyyə aktivlərini və qiymətli kağızlarını müsadirə edə bilər.