Xəsarət almış 5 sərnişin xəstəxanaya yerləşdirilib
Füzuli rayonunun Üçbulaq kəndi ərazisində Abşeron rayon sakini C.Tanrıquliyev idarə etdiyi “Mitsubishi-Pikap L200” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, nəticədə sürücü hadisə yerində həlak olub, xəsarət almış 5 sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.