Xəzərdə zəlzələ olub

Hadisə

22.10.2019 - 09:39

Qala stansiyasından 152 km şərqdə zəlzələ qeydə alınıb

 

Xəzər dənizində zəlzələ olub.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya bildirilib ki, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla oktyabrın 22-si saat 00:57-də Qala stansiyasından 152 km şərqdə Xəzər dənizində qeydə alınıb.

 

Maqnitudası 3.8, dərinliyi 53 km olan zəlzələ hiss olunmayıb.

 

Müəllif: Ayna.az