Fumio Kişida Amerikaya gedəcək

Dünya

25.08.2024 - 17:16

Həkimlər Klinikalar SEO Xidməti

Yaponiyanın Baş naziri BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər edəcək

Sentyabrda hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçildikdən sonra hökumət başçısı postunu tərk edəcək Yaponiyanın Baş naziri Fumio Kişida BMT-nin iclasında iştirak etmək üçün səlahiyyət müddəti başa çatmamış ABŞ-a səfər etməyi planlaşdırır. AYNA NHK telekanalına istinadən xəbər verir ki, Kişida Baş Assambleya və prezident seçkilərindən sonra vəzifəsini tərk edəcək Prezident Co Baydenlə görüşəcək.

Qeyd olunub ki, Kişida BMT Baş Assambleyasında çıxış etməklə yanaşı, iqlim dəyişikliyi problemlərinə və nüvə silahından imtina uğrunda mübarizəyə həsr olunmuş beynəlxalq görüşlərdə də iştirak edəcək.

Telekanal vurğyulayıb ki, Baş nazir hökumətin xarici siyasətdə əldə etdiyi nailiyyətlərin növbəti administrasiyaya rahat ötürülməsini təmin etmək istəyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş