Fransız aktrisası Bric Bardot vəfat edib

Dünya

28.12.2025 - 23:09

Aktrisa 91 yaşında dünyasını dəyişib

Məşhur fransız aktrisası Bric Bardot 91 yaşında vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə “France-Presse” “Brigitte Bardot” Fonduna istinadən məlumat yayıb.

AFP Fondun Mətbuat Xidmətinə istinadən bildirib ki, “"Brigitte Bardot” Fondu təsisçisi və prezidenti, dünyaca məşhur aktrisa və müğənni, nüfuzlu karyerasından imtina edərək həyatını və enerjisini heyvanların rifahına həsr etməyi seçən madam Bric Bardotun vəfatını böyük kədərlə elan edir".

Fond aktrisanın ölüm tarixini və yerini açıqlamayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş