Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqaza girişi? - <font color=red> Sərhədsiz fantaziya</font>

Siyasət

20.07.2021 - 19:21

Rusiya qəzeti ilginc iddia ortaya atıb, lakin ekspertlər bunu inandırıcı hesab etmirlər

 

“Fransa Ermənistanı Cənubi Qafqazdakı şəxsi forpostuna çevirməyə çalışır?” Rusiyanın “Moskovski Komsomolets” nəşri bu sual ətrafında bir məqalə dərc etdi. Qəzetin məlumatlarına görə, Fransa və Ermənistan diplomatları, Dağlıq Qarabağla bağlı 10 novabr 2020-ci il tarixli sazişin delegitimizasiyasına nail olmaq üçün İrəvan, Paris və Nyu-Yorkda intensiv görüşlər keçirirlər.

 

Nəşrin diplomatik mənbələrinə görə, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı yeni bir rezolyusiyanın qəbul edilməsinin mümkünlüyünü nəzərdən keçirirlər.

 

“Bəlkə də, Paris BMT Təhlükəsizlik Şurasının yeni rezolyusiyasının qəbulunu istəyir ki, özünün birinci skripka rolunu oynayacağı status-kvonu yaratsın. Bundan əlavə, bu layihəyə görə, fransız hərbçilərinin yalnız Cənubi Qafqaza gətirilmələri və onların Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilmələri deyil, eyni zamanda Qarabağa daxil olması da istisna edilmir. Daha sonra nələr baş verə biləcəyini proqnozlaşdırmaq çətin deyil”, - deyə məqalədə bildirilir.

 

Bundan sonra Napoleon əsgərlərinin varislərinin ardınca bölgəyə digər Avropa ölkələrinin axını ola bilərmi? Rus qəzetinin belə məntiqli nəticəsi ilə razılaşmaq mümkündürmü? Parisin əhəmiyyətli hərbi kontingentini təkcə Ermənistana deyil, həm də Qarabağa gətirmək istəməsi çox cəsarətli fərziyyələr deyilmi?

 

AYNA mövzunu tanınmış ekspertlər müzakirə edib.

 

Hərbi jurnalist, hərbi-siyasi analitik Heydər Mirzə:

“Bəli, Fransa tərəfdən müəyyən tədbirlər görülür, ancaq məsələnin əsas mahiyyəti fransızların Cənubi Qafqazdakı vəziyyətə heç bir təsir alətlərinin olmamasındadır. Bir müddət onların, xüsusən də Sarqsyanın hakmiyyətinin son dövrlərində siyasi elitanın müəyyən bir hissəsi ilə çox yaxın əlaqələri var idi. Mövcud Prezident Armen Sarkisyanın da Fransanın qapalı şəbəkə quruluşları ilə əlaqələri var.

 

Ancaq indi diaspor vasitəsilə və ya şəbəkə quruluşları vasitəsilə müəyyən insanlara qeyri-rəsmi çıxışlardan savayı, fransızların Cənubi Qafqazdakı siyasətləri üçün heç bir vasitələri yoxdur. Buna görə də onlar ya ruslarla, ya da amerikalılarla birlikdə işləmək məcburiyyətində qalacaqlar. Bu da onların imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

 

Azərbaycanda təsir alətlərinə gəlincə, bu, ümumiyyətlə istisna olunur. Buna görə maraqlarına nail olmaq üçün, heç olmasa hər iki tərəfə təsir alətləri olmalıdır. Yəni, onlar fransız diplomatiyasının bölgədə nüfuzunu saxlamaq üçün Cənubi Qafqazda nəyi isə həll etməyə çalışmaq görüntüsü yaradan ATƏT Minsk Qrupunun tərkibində qalırlar.

 

Bir fransız hərbi kontingentini Dağlıq Qarabağa daxil etmək üçün cəfəng fikirlərə gəldikdə, bu istiqamətdə Fransanın hər hansı bir ciddi cəhdləri Moskvanın ciddi təxribatı ilə üzləşəcək. Buna görə bütün bu versiyaları ciddi qəbul etmirəm.

 

Yəni, bəlkə də erməni ictimaiyyəti üçün bu mövzu birtəhər bəzi daxili siyasi məqsədlərlə bir şəkildə ifadə ediləcək, amma fransızların ən azı 100 nəfər xüsusi təyinatlısını bölgəmizə göndərməsi fikrini ciddi şəkildə nəzərdən keçirəcəyini düşünmürəm. Bu, cəfəngiyyatdır”.

 

Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov:

Rasim Musabəyov: “Türklərin ermənilər və azərbaycanlılar arasında durmağı  məntiqsizdir” – Qalmaqal böyüyür - Sozcu.az

“Yazılanlar reallıqdan uzaq, əsaslandırılmayan jurnalist uydurmasıdır. Fransa, hətta Rusiyanın dəstəyi ilə də, müharibənin ortasında BMT Təhlükəsizlik Şurasında özünə və ermənilərə sərf edən qətnamə keçirə bilmədi. O ki, qaldı indi ola. Fransa hansısa qətnamə keçirmək istəsə, bu, təkcə Azərbaycana qarşı deyil, həm də Rusiyanın sülhə nail olmaq səylərinə və onun vasitəçiliyi ilə qəbul edilən üçtərəfli bəyanatı  pozmağa yönələn bir addım olardı.

 

Fransanın Ermənistan yolu ilə Cənubi Qafqaza girməsi isə ümumiyyətlə, sərhədsiz fantaziyanın təzahürüdür. Bu, həqiqətən Makron və Paşinyan tərəfindən müzakirə olunursa, onda onlar əvvəlcə bölgənin coğrafi və siyasi xəritəsini diqqətlə araşdırsalar, daha yaxşı olardı. Fransanın hərbi qüvvələri hardan və necə Ermənistana keçə bilər? Mən hələ Qarabağı demirəm. Logistikanı necə təmin edəcəklər? Ağlı başında olan siyasətçi bunu necə müzakirə edə bilər?

 

Fransa, yumşaq desək, keçmiş koloniyaları olan ölkələrdə siyasətini itirdi. Mən Mərkəzi Afrikanı deyirəm. Paris, hətta Suriyadakı münaqişəyə müdaxilə etməyə cəsarət etmədi, baxmayaraq ki, onun mandatı altında olan ərazilərdən biri idi. Prezident Makronun Livandakı son vədlərinin hamısı boş sözlər idi.

 

Fransa Cənubi Qafqazda nə edə bilər? Kim ona buraya girmək imkanı verəcək? Əgər Fransada həqiqi dövlət xadimləri və həqiqi hərbçilər qalıbsa, ölkələrinin yersiz və qeyri-real təşəbbüslərlə çıxış edərək, imicinə ciddi zərbə vurulmasına imkan verməzlər. Amma əgər Prezident Makron ağlabatan məsləhətə əməl etmirsə, sonrakı alçaldılmalar üçün özündən incisin”.

Müəllif: Rauf Orucov