Erməni tərəfi Qazax istiqamətində təxribat törədib - <font color=red> FOTO</font>

Siyasət

21.09.2019 - 11:24

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir

DSX-nin Mətbuat Mərkəzindən AYNA-ya verilən məlumata görə, sentyabr 20-də saat 13:20 radələrində sərhəd döyüş mövqe­lərimiz və təminat yollarının salınması ilə məşğul olan eksko­vato­ru düşmən tərə­findən atə­şə tutul­ub.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Müəllif: Ayna.az