Zərər çəkən 10 nəfərdən üçünün vəziyyəti ağırdır
Fransanın Dolyu d’Oleron adasında sürücü qəsdən piyadaları və velosipedçiləri vurub. AYNA.AZ xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Bildirilib ki, sonra həmin şəxs avtomobilini yandırmağa cəhd edib.
Qəzaya səbəb olan sürücü saxlanılıb. Hadisənin səbəbi araşdırılır.
Qeyd olunub ki, hadisə nəticəaində on nəfər zərər çəkib. Onlardan üçü ağır vəziyyətdədir.