Fransada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

19.09.2020 - 08:04

Həkimlər Klinikalar SEO Xidməti

Ümumi ölüm sayı 31249 nəfərdir

 

Fransada son sutka ərzində 13215 koronavirusa yoluxma qeydə alınıb ki, bu göstərici record həddi keçib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

 

Bildirilib ki, ölkədə koronavirus epidemiyası başlayandan bəri 428 mindən çox yoluxma hadisəsi baş verib. 

 

Son 24 saat ərzində 123 nəfər ölüb. Ümumi ölüm sayı 31249 nəfərdir.

 

Son bir həftə ərzində 3626 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 571 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.

 

Qeyd edək ki, ötən gün ölkədə 10593 nəfər yeni virusa yoluxmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş