Qanun təsdiqlənərsə, qadağa 1 sentyabr 2026-cı ildə qüvvəyə minəcək
Fransa hökuməti 15 yaşdan kiçik vətəndaşların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini parlamentə təqdim etməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti yazıb.
Qəzetin məlumatına görə, qanun təsdiqlənərsə, qadağa 1 sentyabr 2026-cı ildə qüvvəyə minəcək.
Hökumət izah edir ki, bu cür tədbirlər uşaqların kiberməkanda təhlükəsizliyini artırmaq və onları uyğunsuz məzmundan qorumaq məqsədi daşıyır.
Bundan əlavə, səlahiyyətlilər elektron cihazların həddindən artıq istifadəsinin, digər şeylərlə yanaşı, yuxuya mənfi təsir göstərə biləcəyini göstərən tədqiqatlara istinad edirlər.