Fransa səfiri Azərbaycan deputatlarının İrəvana səfərinə münasibət bildirib

Xəbərlər

22.02.2022 - 15:55

Həkimlər Klinikalar SEO Xidməti

Fransanın Azərbaycandakı səfirliyi Azərbaycan Milli Məclisinin deputatlarının Ermənistanın paytaxtı İrəvanda keçirilən AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirak etməsinə münasibət bildirib.

AYNA xəbər verir ki, Fransanın Azərbaycandakı səfiri Zakari Qross bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“İrəvanda Aİ, Azərbaycan və Ermənistan parlamentlərarası dialoqun baş tutmasını görmək xoşdur”, - deyə səfir paylaşımında qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş