Fransa Rusiya nümayəndələrinə viza vermədi

Dünya

24.11.2022 - 17:06

Rusiya nümayəndələri UNESCO-nun tədbirində iştirak edə bilməyəcəklər

Fransa Rusiya nümayəndələrinə UNESCO-nun himayəsi altında keçirilən tədbirdə iştirak etmək üçün viza verməyib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Fransa tərəfi bu forum üçün bizim nümayəndələrimizə viza vermədi", - o, brifinqdə deyib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Polşanın Sergey Lavrovun dekabrın 1-2-də keçiriləcək ATƏT Nazirlər Şurasında iştirakdan imtina etməsi misli görünməmiş və təxribat xarakteri daşıyır.

Müəllif: Ayna.az