Finlandiyada Rusiya dövlət nömrə nişanlı avtomobillər saxlanılacaq

Dünya

13.03.2024 - 17:27

cedabet dərman SEO Xidməti

Avtomobil sahibləri martın 16-dək avtomobillərini ölkədən çıxarmalıdırlar

Rusiya dövlət nömrə nişanlı avtomobil sahibləri martın 16-dək avtomobillərini ölkədən çıxarmalıdırlar.

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiya Gömrük Nəzarəti Departamentinin direktoru Sami Rakşitin bəyanatında deyilir.

Lazımi sənədlər yoxdursa, avtomobilə həbs qoyula, vergi rüsumu tətbiq oluna və ya Avropa İttifaqından kənarlaşdırıla bilər.

İstisnalar tələbələrə və ya Finlandiyada qüvvədə olan əmək müqaviləsi əsasında işləyən şəxslərə məxsus avtomobillər, eləcə də sanksiya fərmanı əsasında ölkədə olan avtomobillərə şamil olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş