Finlandiya Ukraynanı Rusiya ərazisinə zərbə endirməyə çağırıb

Dünya

01.03.2024 - 11:08

cedabet dərman SEO Xidməti

Müdafiə naziri: “Ukrayna Rusiyaya zərbə endirmək üçün Finlandiya silahlarından istifadə edə bilər”

“Ukrayna Rusiya ərazisindəki hədəfləri vurmaq üçün Finlandiya tərəfindən verilən silahlardan istifadə edə bilər”. AYNA xəbər verir ki, bu sözləri Finlandiyanın müdafiə naziri Antti Hakkanen “Newsweek”ə deyib.

Finlandiya Müdafiə Nazirliyinin rəhbəri Almaniyaya da çağırış edib. Hakkanen deyib ki, Berlin Ukraynanın qalib gəlməsinə kömək etmək istəyirsə, Kiyevi uzaqmənzilli raket sistemləri ilə təmin etməlidir.

Nazir həmçinin Ukrayna ordusuna silah göndərən Ukraynanın digər müttəfiqlərini də eyni addımı atmağa çağırıb.

Bununla yanaşı, Finlandiya Parlamentinin üzvü Jukka Kopra bəyan edib ki, Ukrayna Rusiya tərəfindəki hərbi hədəflərə hücum etmək üçün Finlandiya tərəfindən verilən silahlardan istifadə etməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş