Finlandiya Rusiya ilə sərhədlərini bağlayacaq

Dünya

29.11.2023 - 01:42

Hökumətin məqsədi Rusiyanın hibrid fəaliyyətlərini mümkün qədər tez nəzarət altına almaqdır

Finlandiya şərq sərhədlərini bağlayır. AYNA APA-ya istinadən xəbər verir ki, hökumət noyabrın 30-dan etibarən şərq sərhədindəki bütün sərhəd-keçid məntəqələrinin müvəqqəti bağlanması barədə qərar qəbul edib.

 

Bildirilib ki, sərhəd-keçid məntəqələri iki həftə bağlı olacaq. Sığınacaq üçün hazırda yalnız limanlarda və hava limanlarında müraciət etmək olar.

Baş nazir Petteri Orponun sözlərinə görə, hökumətin məqsədi Rusiyanın hibrid fəaliyyətlərini mümkün qədər tez nəzarət altına almaqdır. Baş nazir bildirib ki, Rusiya bu vəziyyətə səbəb olub və o da bunu dayandıra bilər.

Müəllif: Ayna.az