"Hazırda bizim Rusiya ilə heç bir siyasi dialoqumuz yoxdur”
“Ukrayna ilə bağlı vəziyyətdə sülhə nail olmağın yeganə yolu hərbi əməliyyatlardır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
Stubb müsahibəsində bildirib ki, konkret halda sülhə nail olmağın yeganə yolu döyüşdür.
O qeyd edib ki, sülhə nail olmaq ikitərəfli prosesdir.
Onun fikrincə, bunun üçün şərait yarandıqda hansısa mərhələdə hər iki tərəfin yollarının kəsişməsi lazımdır.
Stubb etiraf edib ki, Ukrayna ilə bağlı vəziyyətdə bunun üçün lazımi şərtlərin nə vaxt yaranacağını bilmir: "Hazırda bizim Rusiya ilə heç bir siyasi dialoqumuz yoxdur”.