Finlandiya Prezidenti: “Çin Ukraynadakı müharibəni bir çağırışla bitirə bilər”

Dünya

03.07.2024 - 16:47

Həkimlər Klinikalar SEO Xidməti

Aleksandr Stubb: “Əgər Çin xahiş etsə, Rusiya Ukrayna üzrə sülh danışıqlarına razı olacaq”

Finlandiya Prezidenti Aleksandr Stubb hesab edir ki, əgər Çin xahiş etsə, Rusiya Ukrayna üzrə sülh danışıqlarına razı olacaq. AYNA-nın xəbərinə görə, Stubb “Bloomberg”ə müsahibəsində deyib ki, indi Rusiya Çindən çox asılıdır: “Çin rəhbəri Si Cinpindən bir telefon zəngi bu böhranı həll edəcək. Əgər o, “sülh danışıqlarına başlamağın vaxtıdır” desəydi, Rusiya bunu etməyə məcbur olardı”.

Onun fikrincə, Pekin Vladimir Putinin Ukraynadakı aqressiv və müstəmləkə müharibəsinin sona çatmasından faydalanacaq, həmçinin Çinin liderliyini bütün dünyada nümayiş etdirəcək.

Stubb bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskidən Moskva ilə danışıqlara girməyi və atəşkəsə nail olmağı xahiş edən Macarıstanın Baş naziri Viktor Orbanı da tənqid edib: “Hazırda atəşkəsdə isrardan söhbət gedə bilməz; Rusiyanın anladığı yeganə şey gücdür. Ona görə də indi Ukraynaya nə qədər çox kömək etsək, müharibəyə bir o qədər tez son qoyacağıq”.

Prezident Avropanı Kiyevə hərbi dəstəyi artırmağa, özünün müdafiə imkanlarını artırmağa və Rusiyanın “hibrid” hücumlarına qarşı durmağa çağırıb. Stubbın fikrincə, Ukraynanın maliyyə yardımı və siyasi dəstəyə ehtiyacı var ki, bu da Aİ və NATO üzvlüyünə gedən yolu gücləndirəcək.

Finlandiya lideri əlavə edib ki, Avropa öz sənayesinə uzunmüddətli perspektiv vermək üçün sursat və silah sifarişlərini birləşdirərək “müharibə iqtisadiyyatı”na keçməlidir. O, həmçinin Avropa İnvestisiya Bankını “qırmızı xətləri”ni aşmağa və müdafiə sənayesini maliyyələşdirməyə başlamağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş