Finlandiya Prezidenti Avropa Parlamentinə seçkilərdə erkən səs verib

Dünya

03.06.2024 - 23:30

Həkimlər Klinikalar SEO Xidməti

Aleksander Stubb: "Ümid edirəm ki, öz istədiyinizi tapa biləcəksiniz"

Finlandiya Prezidenti Aleksander Stubb Avropa Parlamentinə seçkilərdə erkən səs verib.

AYNA xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bazar günü Aİ-də vacib seçkilər keçiriləcək. Süzanna (həyat yoldaşı Süzanna İnnes-Stubb) ilə mən erkən səs vermək üçün seçki məntəqəsinə getdik. Çoxlu yaxşı namizəd var. Ümid edirəm ki, öz istədiyinizi tapa biləcəksiniz”, - o, paylaşımında vurğulayıb.

AP-yə seçkilər üçün erkən səsvermə mayın 29-dan iyunun 4-dək keçirilir. Finlandiya Ədliyyə Nazirliyinin məlumatına görə, beş gün ərzində seçicilərin 16,6 faizi səs verib. AP-də 15 yer uğrunda 232 fin namizəd mübarizə aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş