Binanın ikinci mərtəbəsinin döşəməsi uçub
Fil Dişi Sahilinin ən böyük şəhəri olan Abidjanın mərkəzindəki Kokodi rayonunda tikilməkdə olan məscidin uçması nəticəsində azı 8 nəfər ölüb, iki nəfər yaralanıb.
AYNA xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
Məlumata görə, binanın ikinci mərtəbəsinin döşəməsi uçub. Xilasetmə xidmətləri hələ də dağıntıları təmizləməkdədir.
Səlahiyyətlilər dini binanın tikintisinin qanuniliyini, onun təhlükəsizlik və etibarlılıq standartlarına uyğunluğunu yoxlayır.