Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bütün dünyada tədbirlər görülür
Kanadada 18-22 aprel tarixlərində keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv olunub.
AYNA-nın məlumatına görə, bu barədə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, bu yarışla yanaşı, Seulda keçirilməsi nəzərdə tutulan şort-trek üzrə dünya birinciliyi və Leyk-Plesiddə planlaşdırılan sinxron konkisürmə üzrə dünya çempionatı da baş tutmayacaq.
Qeyd edək ki, Kanada hökuməti aprelin 11-də yarışın ləğvinə qərar versə də, ISU turnirin bu ilin oktyabrından əvvəl keçirilməsinin mümkünlüyünü açıqlamışdı.