Fidanla İshaq Dar arasında telefon danışığı olub

Dünya

11.02.2026 - 19:47

Türkiyə və Pakistan XİN başçıları beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb. AYNA.AZ xəbər verir ki, bu barədə Pakistan XİN-in "X" sosial media platformasındakı hesabında məlumat verilib.

Məlumata görə, tərəflər regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıb və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Nazirlər həmçinin sıx təmasları və koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş