FHN Naftalanda tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırıb

Xəbərlər

19.12.2023 - 14:33

Şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün tələb olunan müvafiq icazənin olmadığı aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs arasında əməkdaşlıq zəminində “Naftalan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin müraciəti əsasında xəstəxananın rentgen kabinetində keçirilmiş yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar, o cümlədən ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün tələb olunan müvafiq icazənin olmadığı aşkar edilib. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, aşkar edilmiş pozuntularla əlaqədar agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş