Azərbaycan meşə yanğınlarının söndürülməsində Türkiyəyə dəstəyi davam etdirir
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti – dördüncü qrup bu gün axşam saatlarında Türkiyəyə yola düşüb.
FHN-dən AYNA-ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşən və fərdi yanğınsöndürmə vasitələri ilə təchiz olunmuş yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.

