Sabiq millət vəkili Türkiyədə dünyasını dəyişib
Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.
AYNA.AZ “Manset.az”a istinadən bildirir ki, F.Ağamalı Türkiyədə vəfat edib.
Ağamalının qızı, deputat Günay Ağamalı faktı təsdiq edib.
O bir müddət imiş ki, xərçəng xəstəliyindən müalicə alırmış.
Qeyd edək ki, F. Ağamalı 35 il Ana Vətən Partiyasına sədrlik edib. Müxtəlif ali təhsil müəssisələrində müəllim, dosent və professor kimi fəaliyyət göstərib O, Azərbaycan Milli Məclisinin I–VI çağırış deputatı olub, həmçinin 1992–1994-cü illərdə sosial təminat və əmək sahəsində dövlət vəzifələrində çalışıb.
Allah rəhmət eləsin!