Fəvvarələrin işıqları

Cəmiyyət

23.07.2024 - 14:24

Həkimlər Klinikalar SEO Xidməti

Axı hər şey yazı ilə başladığı kimi elə yazı ilə də bitir

Yayda şəhərin pərisinə çevrilən fəvvarə damlalarının səsi Bakının səs-küyünə, körpə gülüşlərinə qarışır. Parlayan damlaların sehrini daha çox gecələr hiss etmək olur. Bəzi insanların şirin, bəzilərinin isə ağrılı qayğıların ardınca qaçıb parkı fəvvarələrin işıqları ilə tək qoyduğu zamanlarda. Belə gecələrin birində fəvvarələrin yanından tələsərək keçən gənc oğlanın ucadan dediyi "Gününüz mübarək, əziz həmkarlar!"  ifadəsi həmin sükutu pozur. O, telefonuna diqqətlə baxaraq bu dəfə daha asta səslə deyir: "Günümüz mübarək, əziz həmkarlar, dəyərli mətbuat işçiləri".

Belə daha yaxşı səslənir. Bəziləri nida da qoyacaq indi bu cümləyə. Vay-vay, ayıbdıre təbrik edəndə nida qoymaq!". Birdən "Dayı, nida qoya bilərsiz. Elə düz olur, anam öyrədib mənə"– deyə bir səs eşidir oğlan.  Səsin sahibi ailəsi ilə birgə parkdan keçən balaca bir qız idi. Oğlan uşağa gülümsəyərək deyir:

–Yaxşı, balaca.

Balaca qız cavab verir:

–Dayı, başqa nə yazdın bəs? Oxuya bilərsən? Mən də qulaq asım. Bu gün nağıl əvəzinə maraqlı yazı eşitmiş olaram.

 Oğlan təəccüblü şəkildə cavab verir:

–Balaca, mən ancaq eşitdiyin təbrik cümləsini yazmışam. Yazmaq mənlik deyil. Texnologiya yazır da onsuz. Mənim yazmaqla aram yoxdur.

Balaca qız  öz-özünə "Mətbuatdırsa yaza bilməli deyil ki?!  Yəqin mən səhv oxumuşam"– deyərək anasına tərəf qaçır.

Bəli, bu qəribə əhvalat kimi yolu "Əkinçi" ilə başlayan mətbuatımızın taleyi də qəribə və mürəkkəb olub. Bu mürəkkəbi çözməyə isə elə ancaq mürəkkəbin gücü yetər. Axı hər şey yazı ilə başladığı kimi elə yazı ilə də bitir. Bəzən həyatımızda qaçmağa çalışdığımız hadisələri qaça bilməyəndə  görünməyən mürəkkəblə qələmə alınan "alın yazısı"na bağladığımız kimi. Əhvalatın balaca qəhrəmanın doğrusunu yanlışa çevirənləri də doğruları yazaraq düzgün istiqamətə yönəltmək də yenə də mürəkkəbin işidir. Bu mürəkkəbi yenidən "oyatmaq" vəzifəsi isə fəvvarələrin işıqları üzünə düşəndə qaçmağa kölgə axtaran deyil, üzərinə kölgə düşən qaranlıqları işıqlandıranlarındır...

Müəllif: Günel Natiqqızı

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş