İstefa qərarı Mahmud Abbasa təqdim olunub
Fələstin hökuməti istefa verib. AYNA xarici mediaya istinadən bildirir ki, Baş nazir Mohammed Ştayyeh mətbuat konfransında hökumətin istefası ilə bağlı qərarı Prezident Mahmud Abbasa təqdim etdiyini deyib.
Qeyd edək ki, hakim Fəth Partiyasının mərkəzi komitəsinin üzvü olan Mohammed Ştayyeh 2019-cu ildən Fələstinin Baş naziridir.