Sabiq Prezidentin tərəfdarları ilə polis arasında toqquşma olub
Braziliyanın sabiq Prezidenti Jair Bolsonaronun tərəfdarları bazar günü polislə toqquşub və Milli Konqresin binasına basqın ediblər.
AYNA xarici mediaya istinadən bildirir ki, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Etirazçılar yanvarın 1-də Prezident vəzifəsinə başlayan Luis İnasio Lula da Silva hökumətinin istefasını tələb edirlər.
Braziliya Prezidenti etirazlarla əlaqədar paytaxtın təhlükəsiz ərazisinə təxliyə edilib.
Qeyd olunur ki, paytaxt Rio-de Janeyroda bir aylıq fövqəladə vəziyyət elan edilib.