Etiraz edən fermerlər Belçika ilə Hollandiya sərhədində magistral yolu bağlayıblar

Dünya

06.02.2024 - 13:04

cedabet dərman SEO Xidməti

Aksiyaya aqrar-sənaye şirkətlərinin yüzdən çox traktor və minik avtomobili cəlb olunub

Etiraz edən fermerlər Belçika və Hollandiya sərhədində A2 federal magistral yolunu bağlayıblar. AYNA xəbər verir ki, bu barədə “Stal&Akker” kənd təsərrüfatı jurnalı məlumat yayıb.

Aksiyaya aqrar-sənaye şirkətlərinin yüzdən çox traktor və minik avtomobilinin cəlb olunduğu bildirilib. Nəşrin məlumatına görə, onlar yolun Hollandiyanın Maastrixt şəhərini Belçikanın Lyej şəhəri ilə birləşdirən hissəsində sərhəd keçidini bağlayıblar.

Bundan əlavə, qeyd olunur ki, hər iki ölkənin polisinə aksiya ilə bağlı əvvəlcədən xəbərdarlıq edilib. Ona görə də sərhəd-keçid məntəqəsinin işi məhdudlaşdırılıb - nəqliyyat alternativ marşrutlara göndərilib.

Fermerlər ucuz idxal fonunda məhsullarının aşağı qiymətinə, eləcə də Avropa İttifaqının iqlim dəyişikliyi ilə mübarizə üçün tətbiq etdiyi məhdudiyyətlərə etiraz ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş