Hanno Pevkur: "Biz Ukraynanın hərbi ehtiyaclarını rəhbər tuturuq”
Estoniya Ukraynaya 100 milyon avrodan çox hərbi yardım göstərməyə davam edəcək. Bunun böyük hissəsi Estoniya silahlarının tədarükü üçün istifadə olunacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin saytında məlumat dərc edilib.
"Biz Ukraynanın hərbi ehtiyaclarını rəhbər tuturuq və Estoniyanın müdafiə sənayesi müəssisələri gələn il də əsas rol oynayacaq. Bundan əlavə, biz ukraynalıların və Ukraynanın müdafiə sektorunda İT həllərinin hazırlanmasına dəstəyimizi davam etdirəcəyik", - deyə ölkənin müdafiə naziri Hanno Pevkur Ukraynanın müdafiə naziri Denis Şmıqal ilə görüşü zamanı bildirib.
Pevkur qeyd edib ki, Estoniya ÜDM-nin 0,25%-i hər il Ukraynaya dəstək üçün ayrılır.