Estoniya Prezidenti Rusiyaya Qərb silahları ilə zərbə endirilməsinə çağırıb

Dünya

11.01.2024 - 15:34

cedabet dərman SEO Xidməti

“Ukraynaya ötürülən silahlara heç bir məhdudiyyət qoyulmamalıdır”

Estoniya Prezidenti Alar Karsi Ukrayna qoşunlarının Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirməsinə icazə verməyə çağırıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Estoniya lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuat konfransında deyib.

“Biz təcavüzkarın ərazisindəki obyektlərin məhv edilməsinin qarşısını ala bilmərik. Ona görə də Ukraynaya ötürülən silahlara heç bir məhdudiyyət qoyulmamalıdır”, - Prezident qeyd edib.

Qeyd edək ki, ötən il dekabrın 30-da Ukrayna Silahlı Qüvvələri kasetli bombalarla Rusiyanın Belqorod şəhərini atəşə tutub.

Rusiya İstintaq Komitəsi 3 maddə ilə cinayət işi açıb.

Zərbələr nəticəsində 25 nəfər həlak olub.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin hücumunu “terror aktı” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş