Estoniya Prezidenti: “Putin və Rusiya diz çökdürülməlidir”

Dünya

27.05.2024 - 12:33

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiyanı və Rusiya Prezidenti Vladimir Putini diz çökdürmək üçün mümkün olan hər şeyi edəcəyik”

Estoniya Prezidenti Alar Karis deyib ki, Rusiya “döyüş maşını”nı və Ukraynadakı müharibəni dayandırmaq üçün diz çökdürülməlidir. AYNA xəbər verir ki, Prezident bu barədə “Yle”yə müsahibəsində deyib.

“Rusiyanı və Rusiya Prezidenti Vladimir Putini diz çökdürmək üçün mümkün olan hər şeyi edəcəyik. O zaman Ukraynada müharibənin dayandırılması ilə bağlı ciddi müzakirələr başlaya bilər”, – Karis qeyd edib.

Bununla belə, o, Rusiyanın iki il əvvəl Ukraynanı işğal etməsinə və Putinin hələ də hakimiyyətdə olmasına görə bütün rusları günahlandırmaqdan imtina edib. Karis Estoniyanın ən yaxın tarixini, ölkənin faktiki olaraq Sovet İttifaqı tərəfindən işğal edildiyini xatırladıb: “Belə bir sistemin pəncəsində özümüzü necə apardıq? Bəli, həbsə atılan ayrı-ayrı etirazçılar var idi. Lakin insanların çoxu eşitmək istədiklərini söylədilər və fürsət gözlədilər”.

Eyni zamanda, Karis Putinin gedişindən sonra Rusiyanın tez dəyişəcəyinə şübhə etdiyini bildirib: “Mən buna həqiqətən inanmıram. 1990-cı illərin əvvəllərində Rusiyanın şansı oldu, amma hər şey başqa cür oldu”.

Onun sözlərinə görə, dəyişiklik üçün bir neçə amil lazımdır ki, bunlardan da ən əsası insanların bu fürsətdən yararlanmaq istəyidir.

Eyni zamanda, Estoniya hələ qonşu ölkələrdən nümunə götürmək və Rusiya ilə sərhədi bağlamaq fikrində deyil. Karisin qeyd etdiyi kimi, sərhəd qismən ona görə açıqdır ki, Estoniyada yaşayanların Rusiyada qohumları var. Estoniya Prezidenti bildirib ki, lazım gələrsə, sərhəd “çox tez” bağlanacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş