Əfqanıstan Prezidenti hadisəni terror aktı kimi qiymətləndirib
Əfqanıstan Prezidenti Əşrəf Qaninin ictimai məsələlər üzrə baş məsləhətçisi Məhəmməd Həsən Hotak öldürülüb. AYNA xarici mediaya istinadən bildirir ki, o, dünən axşam saatlarında, paytaxt Kabildəki evinin qarşısında güllələnib.
Qətl hadisəsini hələ ki, heç bir qruplaşma və ya şəxs üzərinə götürməyib. Əfqanıstan Prezidenti hadisəni terror aktı kimi qiymətləndirib.