"Bu, dərin hörmətin əlamətidir"
Suriya Prezidenti Bəşər Əsəd yanvarın 3-də ABŞ-ın raket zərbələri nəticəsində İraqda öldürülən iranlı general Qasım Süleymaniyə ölümündən sonra “Şərəf” ordeni verib.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Suriyanın Baş Naziri İmad Hamis İranın vitse-prezidenti Eshaq Cahangiri ilə görüşündə məlumat verib.
“Bu ordenlə təltifetmə Suriya Prezidentinin general Süleymaniyə və onun İrandakı qardaşlarına dərin hörmətin əlamətidir”, - deyə Hamis vurğulayıb.