Əsəd rejimi növbəti dəfə hücuma keçib, 7 nəfər həlak olub

Dünya

03.02.2020 - 14:54

Həkimlər Klinikalar SEO Xidməti

İdlibə hücumlar səbəbiylə son bir həftədə 151 min vətəndaş Türkiyə sərhədi yaxınlarına köç edib

 

Bəşər Əsəd rejimi İdlibdə silahlı hücumlardan qaçan mülki şəxsləri növbəti dəfə hədəfə alıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hücumlar nəticəsində 7 nəfər dünyasını dəyişib.

 

Digər tərəfdən, Əsəd rejiminin qüvvələri və Rusiyanın İdlibə hücumları səbəbiylə son bir həftədə 151 min vətəndaş Türkiyə sərhədi yaxınlarına köç edib.

 

Qeyd edək ki, Türkiyə, Rusiya və İranın 2017-ci ilin 4 mayında qatldığı “Astana” sammitinə əsasən, İdlib, Lakizyə, Hama və Hələb vilayətlərində atəşkəs elan edilmişdi. Lakin Əsəd rejimi Rusiyanın dəstəyi və İranın dəstəklədiyi terrorçular vasitəsi ilə İdlibin müxtəlif bölgələrində atəşkəsi pozmağa davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş