“Abazyan Paşinyan üçün dəyərli kadrlardan biridir”
Suren Papikyanın müdafiə naziri vəzifəsindən azad edilməsi məsələsi həll olunub, indi onun həyata keçirilməsi mexanizmi müzakirə olunur. Yəni ki, Papikyanın hansı vəzifəyə gedəcəyi və onun yerinə kimin keçəcəyi məsələləri müzakirə edilir.
AYNA xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti hakimiyyətdəki mənbələrinə istinadən yazıb.
“Mətbuat namizədin “Mülki müqavilə” fraksiyasının deputatı, daimi komissiyanın sədri Andranik Köçəryan olduğunu yazsa da, bu məlumatı görünür, onlar özləri yayıblar. Mənbələrimiz bildirir ki, Paşinyan müharibədən sonra azərbaycanlılarla müxtəlif formatlarda həm əsirlərin mübadiləsi, həm delimitasiya ilə bağlı danışıqlar aparan, onlarla dil tapan Armen Abazyanı Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin etməyə meyllidir. Paşinyan üçün o, dəyərli kadrlardan biridir”, - qəzet yazıb.