“Ermənistanın danışıqları pozmaq cəhdinə son qoyulmalıdır” – <font color=red> Hikmət Hacıyev</font>

Siyasət

21.07.2020 - 12:52

Həkimlər Klinikalar SEO Xidməti

“Azərbaycan imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil”

 

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Azərbaycan imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil. AYNA-nın xəbərinə görə, H.Hacıyev qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatına görə Helsinki Yekun aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsas götürməlidirlər.

 

“Ermənistanın yalanlar və müxtəlif bəhanələr vasitəsi ilə danışıqları pozmaq cəhdlərinə son qoymaq lazımdır. Minsk prosesində 11 dövlət iştirak edir. Minsk Qrupunun geniş formatda iclasının keçirilməsinə ehtiyac var”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

 

O, deyib ki, Ermənistanın təxribatlarının bir məqsədi də neft-qaz kəmərlərinə təhlükə, Şərq-Qərb Nəqliyyat Dəhlizinin təhlükəsiz olmaması barədə təəssürat yaratmaq idi: “Ermənistan bu məqsədlərinə nail ola bilməyib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş