Paşinyan "küçələrə" qayıdır...

Siyasət

06.08.2019 - 15:23

Həkimlər Klinikalar SEO Xidməti

"Bakının razılığı olmasa, heç kəs Qarabağı Ermənistanın ərazisi kimi tanımayacaq"

 

“Buna qədər heç bir Ermənistan rəhbəri - nə savaşı udmuş Ter-Petrosyan, nə Qarabağlı olan Koçaryan və Sarqsyan - Qarabağın Ermənistan olduğunu söyləməyib. Bəs Paşinyan niyə söylədi?”

 

AYNA xəbər verir ki, bunu siyasi şərhçi Erkin Qədirli Paşinyanın dünən Xankəndində söylədiyi fikirləri şərh edərkən bildirib.

Image result for erkin qədirli

“Paşinyanın Ermənistanda ciddi problemləri var” – deyən E.Qədirli həmin problemləri də sadalayıb: “1. Seçkilərdə verdiyi sosial-iqtisadi vədləri hələ də gerçəkləşdirə bilməyib;

2. Ölkəyə xarici maliyyə yatırımlarını, özəlliklə diaspora ermənilərinin sərmayələrini cəlb edəcəyini söyləmişdi, amma edə bilmədi (ona görə də Xankəndində erməni milyarderlərinə və milyonçularına yenidən səsləndi);

3. Paşinyanın Qarabağ klanıyla ciddi problemləri var - Qarabağlıların orduda nüfuzu hələ də güclüdür, üstəlik, onlar Moskvaya bağlıdırlar”.

 

“Problem ondadır ki, xalqın dəstəyilə hakimiyyətə gəlmək olur, amma hakimiyyətdə qalmaq üçün bir tək xalqın dəstəyi yetərli deyildir. Paşinyan indi bunu aydın görə bilir, ona görə də mitinqlərdən əl çəkmir. Paşinyanın gücü küçədədir, küçə gücü isə qısa zamanda yox ola bilir” – deyə siyasi şərhçi əlavə edib. 

 

Erkin Qədirli onu da vurğulayıb ki, Bakının razılığı olmasa, heç kəs Qarabağı Ermənistanın ərazisi kimi tanımayacaq: “Bakı da buna razılıq verən deyil. Üstəlik, heç kəs Qarabağa görə Bakıyla münasibətini pozmaq istəməyəcək (kimsənin marağında deyil). Odur ki, Paşinyanın söylədikləri populizmdən başqa nəsə deyil və erməni dilində bildirilən mənalardan qırağa çıxdıqda önəmini itirir”.

Müəllif: Ayna.az