Ermənistanda naməlum şəxs polis bölməsinə qumbara atıb

Dünya

12.01.2023 - 03:18

Həkimlər Klinikalar SEO Xidməti

Hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerinə cəlb olunublar

Ermənistanın Qeqarkunik rayonunda naməlum şəxs Vardenis rayon polis bölməsinə əldəqayırma qumbara atıb. Bu barədə AYNA Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, partlayış zamanı xəsarət alan olmasa da, polis bölməsinin binasına ciddi ziyan dəyib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə-tibbi ekspertləri hadisə yerinə cəlb olunublar.

Kustar üsulla hazırlanmış qumbaranı kim tərəfindən, hansı şəraitdə atıldığını araşdıran operativ qrup yaradılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş