Düşmən ölkədə koronavirusdan ölənlərin sayı 61 nəfərə yüksəlib
Ermənistanda koronavirusa yoluxanların sayı artıb. AYNA bildirir ki, Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi son məlumatı yayıb.
Qeyd olunub ki, son 24 saat ərzində Ermənistanda 351 nəfər koronavirusa yoluxub. Bir nəfər isə koronavirusdan ölüb.
Ümumilikdə, Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 4 min 823 nəfərə çatıb. Son bir gün ərzində daha bir nəfər ölüb və ölkədə koronavirusdan ölənlərin sayı 61 nəfərə yüksəlib.