Hökumət “Şoqhakat” kanalını yayımlayan televiziya şirkətinin ləğvi barədə qərar verib
Ermənistan hökuməti Mənəvi və Mədəni İctimai Televiziya Şirkəti QSC-nin ləğvi barədə qərar qəbul edib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, şirkət 2011-ci ildən bəri Ermənistanda kilsəyə məxsus “Şoqhakat” televiziya kanalını yayımlayırdı.
Qərarın əsaslandırılmasında bildirilir ki, ləğvin əsası oktyabr ayında Ermənistan Parlamenti tərəfindən qəbul edilmiş "Audiovizual Kütləvi İnformasiya Vasitələri haqqında Qanuna dəyişikliklər edilməsi haqqında" qanundur.
Kilsəyə məxsus televiziya kanalı 1 yanvar 2026-cı ildə yayımını dayandıracaq.
Bundan əlavə, Ermənistan hökuməti ölkənin Torpaq Məcəlləsinə Ermənistan Apostol Kilsəsini pulsuz torpaq mülkiyyəti almaq hüququndan məhrum edən düzəlişi təsdiqləyib.