Ermənistanda hakim partiyanın ofisi yaxınlığında atışma olub, bir nəfər yaralanıb

Dünya

10.07.2024 - 00:29

Həkimlər Klinikalar SEO Xidməti

Güllə yarası alan 27 yaşlı İrəvan sakinidir

Ermənistanda hakim "Vətəndaş müqaviləsi" partiyasının ofisi yaxınlığında atışma olub, bir nəfər yaralanıb.

AYNA bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, atəş açan şəxs 26 yaşlı iş adamı olub. Güllə yarası alan isə 27 yaşlı İrəvan sakinidir.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş