Ermənistan səfiri Rusiya XİN-ə çağırılıb

Dünya

08.05.2026 - 00:08

Moskva Zelenskinin çıxışına görə İrəvana etiraz edib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının himayəsi altında İrəvanda keçirilən tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı ilə əlaqədar Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyana etirazını bildirib.

AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, Ermənistan diplomatı Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

Rusiya XİN Ermənistanda Zelenskiyə “Rusiyaya qarşı terror təhdidlərini səsləndirməsi” üçün “tribuna” verilməsini “qətiyyən qəbuledilməz” adlandırıb.

Bildirilib ki, səfir Moskvanın mövqeyi barədə ölkə rəhbərliyini məlumatlandıracağını qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş