Ermənistan Parlamentində qapalı iclas: sərhəddəki vəziyyət müzakirə olunub

Aktual

26.10.2021 - 17:37

Həkimlər Klinikalar SEO Xidməti

Toplantıda sərhədlərinin delimitasiya və demarkasiyası məsələsi də müzakirəyə çıxarılıb

Bu gün Ermənistan Parlamentinin qapalı iclası keçirilib. AYNA erməni mediasına istinadən bildirir ki, toplantıda Ermənistanın Azərbaycanla sərhədindəki hazırkı vəziyyət müzakirə olunub.

İclasda eyni zamanda, sərhədlərinin delimitasiya və demarkasiyası müzakirəyə çıxarılıb.

Məlumata görə, toplantıda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Kamo Koçunts və Ermənistan Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, qapalı iclasın keçirilməsi təşəbbüsünü parlamentdəki müxalif fraksiyalar - “Ermənistan” və “Mənim şərəfim var” blokları irəli sürüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş