ÜST bütün dövlətlərə məktub göndərib

Aktual

18.08.2020 - 16:38

Təşkilat ölkələri beynəlxalq COVAX mexanizminə qoşulmağa çağırır

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dövlətləri koronavirus (COVID-19) peyvəndi ilə təmin etməyi hədəfləyən beynəlxalq COVAX mexanizminə qoşulmağa çağırıb.

 

TASS xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adanom Qebreisus bu barədə Cenevrədə keçirilən brifinqdə deyib.

 

Onun sözlərinə görə, bununla bağlı bütün dövlətlərə məktub göndərib:

 

“Qlobal COVAX mexanizmi (peyvəndlərlə) təmin olunma və risklərin aradan qaldırılması üçün çox vacibdir”.

Müəllif: Ayna.az