“Erməni tərəfi bizə məlumat verib ki, məhdud tərkibdə qərarların qəbuluna etiraz etmir”
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının cümə günü Almatıda keçiriləcək iclasında iştirak etməyəcək. Lakin məhdud tərkibdə qərarların qəbul edilməsinə etiraz etmir. AYNA TASS-a istinadən bildirir ki, bu barədə qurumun katibliyinin nümayəndəsi Yuri Şuvalov deyib.
“Ermənistan KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməyəcək. Lakin erməni tərəfi bizə məlumat verib ki, məhdud tərkibdə qərarların qəbuluna etiraz etmir”, - Şuvalov bildirib.
O, məhdud formatın Ermənistanın iştirakı olmadan olduğunu izah edib.
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Ermənistan KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək.
Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, Ermənistan rəsmi olaraq KTMT-nin üzvüdür, lakin onun bu təşkilatda iştirakı dondurulub və respublikanın KTMT-də iştirakını davam etdirilməsi növbəti müzakirə mövzusudur.