Ermənistan KTMT-dən çıxır? – Anatoli Sidorovdan cavab

Dünya

16.11.2023 - 16:14

“Bu məsələ ilə bağlı heç bir sənəd alınmayıb, şəxsən mən onları görməmişəm”

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı rəsmi müraciət etməyib”. AYNA xəbər verir ki, bu sözləri KTMT-nin Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov deyib.

“Ermənistan rəhbərliyindən heç bir rəsmi açıqlama verilməyib. Ermənistanın KTMT-dən çıxması ilə bağlı heç bir bəyanat olmayıb. Bu məsələ ilə bağlı heç bir sənəd alınmayıb, şəxsən mən onları görməmişəm”, - Sidorov Moskvada mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təşkilatın özündə KTMT-nin Qafqaz regionuna marağını itirdiyi və ya Ermənistanı tərk etmək üçün toplaşdığı barədə söhbətlər gedir: “Bu, heç kimin ağlına da gəlmir”.

Sidorov qeyd edib ki, KTMT ölkələrinin başçıları Ermənistanın yaşadığı çətinliklərin həlli yolunu tapacaqlar.

“Ermənistan qanun yaradıcılığı, sənədlərə baxılması, KTMT-nin daimi nizamnamə orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi ilə məşğuldur”, - KTMT rəsmisi əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş