Nazir: “Yeni razılaşmanın nəticəsi olaraq konstitusiya referendumu 2027-ci ilə təyin edilib”
Yeni razılaşmanın nəticəsi olaraq, Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi nəzərdə tutulub. AYNA-nın “Armenpress”ə istinadən məlumatına görə, bunu ədliyyə naziri, Konstitusiya İslahatları Şurasının rəhbəri Qriqor Minasyan hökumətin iclasından sonra jurnalistlərlə söhbətində deyib.
Nazir əmin edib ki, konstitusiya islahatları prosesi öz yolu ilə gedir. Yay dövrü ilə əlaqədar 3 ay ərzində Konstitusiya İslahatları Şurasının iclasları daha az intensiv keçirilib.
“Yeni razılaşmanın nəticəsi olaraq konstitusiya referendumu 2027-ci ilə təyin edilib. Bu o deməkdir ki, biz bu mürəkkəb sənəd üzərində ətraflı, ictimai müzakirələrlə, həmçinin fövqəladə vəziyyətdə deyil, bütün mütəxəssislərlə işləyəcəyik”, - deyə Minasyan bildirib.
Şuranın sonuncu iclası 20 gün əvvəl olub, növbəti iclas sentyabrın 5-də baş tutacaq. İclasda Daniel İoannisyanın təqdim etdiyi məsələ müzakirə olunacaq.
Konstitusiya İslahatları Şurası 2022-ci ilin yanvarında Baş nazir Nikol Paşinyanın qərarı ilə yaradılıb. Şura konstitusiya islahatları konsepsiyasının layihəsini hazırlayıb Baş Nazirin Aparatına təqdim etməlidir.